Mərakeş Krallığının nümayəndə heyəti ilə ANAMA-da görüş keçirilib

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Mərakeş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mohamed Adil Embarxın rəhbərlik etdiyi Kral Silahlı Qüvvələrinin nümayəndə heyəti ilə görüş keçirib.

Görüş zamanı Azərbaycanda icra edilən humanitar minatəmizləmə fəaliyyətinə dair Mərakeş Krallığının nümayəndə heyətinə ətraflı məlumat verilib.

Qarşı tərəf Azərbaycanın bu sahədə əldə etdiyi genişmiqyaslı uğurlardan və təcrübələrdən faydalanmaq istəyini bildirib.

Görüşdə həmçinin minatəmizləmə fəaliyyəti sahəsində gələcəkdə faydalı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.