Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

BMT-nin Rezident Əlaqələndiricisi Müavininin ANAMA-ya səfəri

9 dekabr 2015-ci ildə BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin Müavini xanım Nato Alhazishvili ANAMA baş qərargahında Agentliyin Direktor vəzifəsini icra edən cənab Qəzənfər Əhmədov və İnformasiya Şöbəsinin Meneceri cənab Murad Rəhimovla görüşmüşdür.

Səfərin məqsədi BMT ilə ANAMA arasında mövcud sazişin uzadılması və gələcəkdə birgə həyata keçirilə biləcək layihələr üzrə müzakirələrdən ibarət idi.