Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

ANAMA Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin nümayəndələrini qəbul etdi

11 fevral 2016-cı ildə ANAMA-nın İcraçı Direktoru cənab Qəzənfər Əhmədov və ANAMA-nın Şöbə Menecerləri Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin Siyasi Məsələlər üzrə İkinci Katib və ÜH Konsulu, cənab James Holder və Səfirliyin Siyasi və Layihələr Mütəxəssisi cənab Sənan Süleymanovla ANAMA baş qərargahında görüş keçirdi.

Görüşün məqsədi ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun Ceyrançöldə Mina və Partlamamış Hərbi Sursatların təmizlənməsi birgə layihəsinin 3-cü mərhələsi, eləcə də gələcəkdə qarşılıqlı əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılmışdır.

ANAMA-nın Əməliyyatlar üzrə Mütəxəssisi cənab Tural Məmmədzadə ANAMA-NATO/NSPA birgə layihəsi olan “Azərbaycanda mina və partlamamış hərbi sursatların təmizlənməsi” barədə ətraflı təqdimatla çıxış etdi.