Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

Tək sursat əməliyyatları

Müharibədən zərərçəkmiş ərazilər, keçmiş hərbi poleqon və anbar ərazilərində aparılan mina/PHS təmizlənməsi əməliyyatları ilə bərabər, humanitar minatəmizləmə fəaliyyəti həmçinin mülki əhali üçün birbaşa təhlükə mənbəyi olan habelə müvafiq insfrastruktur obyektlərinin istifadəsinə maneə törədən mina/PHS-lərin də təmizlənməsi işlərini əhatə edir. Belə əməliyyatlara “tək sursat” əməliyyatları deyilir.

 


 

- Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetindən daxil olmuş 05 Fevral 2016-cı il tarixli мəktuba əsasən, Ağcabədi rayonun Mirzəhaqverdili kənd sakini tərəfindən həyətyanı sahəsində, 1(bir). ədəd PHS aşkar olunmuşdur. Müraciətə cavab olaraq, DAYAQ(LB) Təmizləmə Qrupu baxış keçirmişdir.
- Azərbaycan Respublikası Nazirlər Kabinetindən daxil olmuş 15 Fevral 2016-cı il tarixli məktuba əsasən, Goranboy rayonun Dəliməmməd-Sarov avtomobil yolunun 1-ci km-nin sağ tərəfində 9 (doqquz) ədəd 100 mm-lik artilleriya mərmisi aşkar olunmuşdur. Müraciətə cavab olaraq, BAMF-ın (ME) Təmizləmə Qrupu əraziyə baxış keçirmişdir.
- Azərbaycan Respublikası Nazirlər Kabinetindən daxil olmuş 16 fevral 2016-cı il tarixli məktubu ilə bildirilmişdir ki, Şəmkir rayonu Ceyrançöl ərazisində yerli sakin tərəfindən sursat aşkarlanmışdır və eyni məktubla sursatın ANAMA tərəfindən zərərsizləşdirilməsi, ətrafın yoxlanılması tapşırığına əsasən ANAMA-nın EOD Qrupu əraziyə baxış keçirmişdir.

Hər üç müraciətə əsasən baxış keçirildikdən sonra EOD Qrupu partladıcı qurğuları təhlükəsiz qaydada və müvafiq SƏP-lərə uyğun şəkildə ərazidən kənarlaşdıraraq məhv etmə ərazisinə apararaq zərərsizləşdirmişdir.