Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

Goranboy rayonunda tək sursat əməliyyatı

Goranboy rayon İcra Hakimiyyətindən ANAMA-ya daxil olan müraciətə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 mart 2016-cı il tarixli tapşırığına müvafiq olaraq, Agentliyin mütəxəssisləri məktubda qeyd olunan Xınalı və Kələk kəndi ərazisində aşkar olunmuş 7-ədəd (yeddi) ədəd müxtəlif çaplı partlamamış, 90 (doxsan) ədəd partlamış hərbi sursat və 24 (iyirmi dörd) ədəd aviabomba götürərək, zərərsizləşdirilməsi üçün Agentliyin Ağstafa rayonu Saloğlu kəndi ərazisində yerləşən mərkəzi partlayış ərazisinə aparmış və müvafiq SƏP-lərə uyğun şəkildə zərərsizləşdirmişdir.