Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini kollektivə təqdim olunub

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 yanvar tarixli müvafiq Sərəncamı ilə Bəhruz Əmir oğlu Məmmədov Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

2023-cü il 1 fevral tarixində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov kollektivə təqdim olunub.

Bəhruz Məmmədovu kollektivə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov təqdim edib.

Məlumat üçün qeyd edək ki, Bəhruz Məmmədov müvafiq təyinatadək Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi müdirinin müavini vəzifəsində çalışıb.