Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

ANAMA ilə Böyük Britaniya Səfirliyi arasında Anlaşma Memorandumu imzalandı

14 sentyabr 2016-cı il tarixində ANAMA baş qərərgahında Böyük Britaniya Səfirliyi ilə ANAMA arasında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilmişdir. Layihəyə əsasən Böyük Britaniya Hökümətinin maliyyə dəstəyi ilə ANAMA tərəfindən sərhədyanı rayonlarda evlərin, pay torpaqlarının və əkin sahələrinin Mina və PHS-lərdən təmizlənməsi nəzərdə tutulur. Layihə 2016-cı ilin sentyabr ayının ikinci yarısında başlayacaq və 2017-ci ilin mart ayında tamamlanacaqdır.

 


 

Tədbir zamanı Böyük Britaniya Səfiri xanım Carole Crofts və səfirlik nümayəndələrinə ANAMA-nın fəaliyyətini əks etdirən prezentasiya təqdim olunmuşdur.

 



Xanım Səfir öz nitqində insanların mina və PHS-lərlə çirklənmiş həyətyanı sahələrdə yaşama və işləmələrinin, eləcə də yerli kənd sakinlərinin partlayış təhlükəsi səbəbindən torpaq sahələrindən istifadə edə bilməmələrinin dəhşətli olduğunu və bu kimi halların qarşısının alınması məqsədi ilə Britaniya Hökuməti səy göstərdiyini qeyd etmişdir.

 


 

Böyük Britaniya Höküməti ilə Agentlik arasında bu cür Layihələrin gələcəkdə də davam etdirilməsi planlaşdırılır.