Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

Azərbaycan Nümayəndə Heyəti NATO Baş Qərargahında

16 sentyabr 2016-cı il tarixdə Brüsssel şəhərində NATO-nun Baş Qərargahında keçirilən “Kiçik çaplı atıcı silahlar və Mina Aksiyası”na həsr olunmuş toplantıda Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı cənab Xəzər İbrahim, Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin 2ci katibi cənab Elçin Allahverdiyev, ANAMA-nın Direktoru Qəzənfər Əhmədov və Əməliyyatlar üzrə mütəxəssisi Tural Məmmədzadə iştirak etmişlər.

 


 

Tədbir zamanı Azərbaycan nümayəndə heyətinə NSPA tərəfindən Azərbaycan üçün bütün növ xidmət və təkliflərlə bağlı yenilənmiş xülasə təqdim olunmuşdur.

ANAMA Direktoru NATO Baş Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi cənab Ceyms Apaturay, NSPA Baş Direktoru cənab Peter DOHMEN, Türkiyənin NATO yanında nümayəndəliyinin başçısı cənab Mehmet Fatih Ceylan və ABŞ-ın NATO yanında Nümayəndəliyinin Müavini cənab Earle Litzenbergerle görüşmüşdür.

Öz növbəsində, ANAMA tərəfindən Azərbaycanda hərbi sınaq poliqonlarının Mina və Partlamamış Hərbi Sursatlardan təmizlənməsi üzrə prezentasiya təqdim edilmişdir. Bu təqdimatın əsas məqsədi Azərbaycanda Etimad Fondu layihəsinin II mərhələsinin hazırki durumu və layihənin III mərhələsi istiqamətində atılacaq addımların işıqlandırılması olmuşdur.

NATO Support and Procurement Agency – NSPA (üzərinə vur)