“Vagaclub” humanitar minatəmizləmə fəaliyyəti ilə tanış olub
Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu – “Vagaclub”un 30 nəfərlik geniş heyəti Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində ANAMA tərəfindən icra edilən humanitar minatəmizləmə fəaliyyəti ilə tanış olub. Beynəlxalq səyyahlar aşkar edilən mina və partlamamış hərbi sursatların partlayış yolu ilə zərərsizləşdirilməsi prosesini izləyiblər.
“Vagaclub”un üzvü Ole Jorgen Vastveit: “Minaların daha tez və asan təmizlənməsi üçün ilk növbədə xəritələr olmalıdır ki, minaların harada basdırldığı bilinsin. Bu, həyatları xilas edə və minaların daha asan təmizlənməsinə imkan verə bilər”.
“Vagaclub”un üzvü Kamila Vaden: “Bu ərazilərin minalardan təmizlənməsinə, insanların təhlükəsizliyi üçün çox əhəmiyyətli işlərin görülməsinə və bu torpaqların yenidən qurulmasına şahidlik etmək bizi çox sevindirir. Bu ərazilərin, həmçinin böyük turizm potensialı var. Hazırda burada aparılan bərpa və yenidənqurma işləri Azərbaycana yenidən ümid verir”.