Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi

Slovakiya Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili cənab Milan Layçiakın ANAMA-ya rəsmi səfəri

2021-ci il 4 mart tarixində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Slovakiya Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili cənab Milan Layçiak ilə görüşüb.

Görüş zamanı işğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları, eləcə də qarşıya qoyulmuş prioritetlərə əsasən planlaşdırılmış fəaliyyət barədə məlumat verilib.

Səfərin məqsədi ANAMA-nın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi humanitar minatəmizləmə fəaliyyəti ilə yaxından tanışlıq, o cümlədən Slovakiya Respublikası tərəfindən ANAMA-nın həyata keçirdiyi minatəmizləmə əməliyyatlarına mümkün töhvə verilməsi barədə fikir mübadiləsi aparılmışdır.