Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

        Ağdam rayonu ərazisində mina hadisəsi baş verib   Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, BaşProkurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2024-cü il 27 aprel tarixində işğaldan azad edilmiş Ağdam rayonunun Mərzili kəndi ərazisində mina hadisəsi baş verib.  

           Xəsarət alan şəxs 1994-cü il təvəllüdlü Hüseynov Vidadi Vüqar oğlu idarə etdiyi qreyder ilə yolu azaraq minalardan təmizlənməmiş ərazidə tank əleyhinə minaya düşüb.  

           Hadisə nəticəsində Hüseynov Vidadi sağ əlindən xəsarətlər alıb.

           Zərərçəkən şəxs rayon xəstəxanasına təxliyə edilib.

           Mina partlayışı nəticəsində texnikaya zərər dəyib. Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.