Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi

ABŞ-ın Tetra-Tech şirkəti nümayəndələrinin Azərbaycana səfəri

Amerika Birləşmiş Ştatlarında mina və partlamamış hərbi sursatların təmizlənməsi üzrə fəaliyyət göstərən tanınmış və ixtisaslaşmış təşkilatlardan biri olan Tetra-Tech şirkətinin nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə ilkin tətqiqatların aparılması məqsədi ilə 2021-ci il 12-19 fevral tarixlərində Azərbaycana səfər etmişdir.

17 fevral tarixində sahə üzrə ilkin təəssüratları və qeydləri bölüşmək üçün nümayəndə heyəti Agentlikdə görüş keçirmişdir.

Görüşdə mövcud vəziyyət və gələcək əməkdaşlığın effektiv yolları ilə bağlı müzakirələr aparılmışdır.