AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİK English  ENG Azeri   AZE

MİNA ƏMƏLİYYATLARI ÜZRƏ MİLLİ DİREKTORLAR VƏ BMT MƏSLƏHƏTÇİLƏRİNİN 21-Cİ BEYNƏLXALQ GÖRÜŞÜ

13-16 fevral 2018-ci il tarixlərində, ANAMA Direktoru cənab Qəzənfər Əhmədov və Agentliyin Əməliyyatlar üzrə mütəxəssisi cənab Tural Məmmədzadə Cenevrədə keçirilən Mina Əməliyyatları üzrə Milli Direktorlar və BMT Məsləhətçilərinin 21-ci Beynəlxalq Görüşündə iştirak edir.

Görüş, nümayəndələr üçün mina aksiyasında mövcud tendensiyalara uyğun əldə olunan ən uğurlu təcrübə və bacarıqlar üzrə təcrübə mübadiləsi aparmaq və qarşılıqlı əməkdaşlıq fürsəti yaratmaq üçün nəzərdə tutulub. Bu ilki tədbir “Müdafiə, sülh və inkişafın təmin edilməsi” mövzusunu əhatə edir. 

http://www.mineaction.org/unmas/NDM_UN21