Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp ANAMA-ya tanışlıq səfəri etmişdir

2021-ci il 17 fevral tarixində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp ilə görüşüb.

İşğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları, eləcə də qarşıya qoyulmuş prioritetlərə əsasən planlaşdırılmış fəaliyyət barədə səfirə məlumat verilib.

Görüş zamanı humanitar minatəmizləmə sahəsində, o cümlədən Agentliyin maddi-texniki bazasının gücləndirilməsi və UNICEF-in dəstəyi və Böyük Britaniyanın Azərbaycandakı səfirliyi tərəfindən ianə şəklində maliyyəşdirilən “Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə” sahəsində icrası nəzərdə tutulan layihə üzrə müzakirələr aparılmışdır.

Cənab Səfir Böyük Britaniyanın ölkəmizin azad edilmiş ərazilərində mina və partlamamış hərbi sursatlardan təmizlənməsi işlərində ikitərəfli əməkdaşlıq çərçivəsində dəstək göstərəcəyini bildirdi.