Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi

Partlayıcı Sursatların Təhlükəsinə dair Maariflədirmə üzrə müəllim və şagird dərs vəsaitlərinin çap edilməsi üzrə müsabiqə

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) UNICEF-in dəstəyi və Böyük Britaniyanın Azərbaycandakı səfirliyi tərəfindən ianə şəklində maliyyəşdirilən “Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə” sahəsində həyata keçirilən layihə üzrə
Müsabiqəyə dəvət edir

Layihə ANAMA-nın tərəfindən texniki dəstəyi ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərini və keçmiş təmas xətti boyunca yerləşən yaşayış məntəqələrini əhatə edəcəkdir.  

Layihə çərçivəsində Partlayıcı Sursatların Təhlükəsinə dair Maariflədirmə üzrə müəllim və şagird dərs vəsaitlərinin (kitabların) və maarifləndirici materialların çap olunması nəzərdə tutulur. Layihə UNICEF və ANAMA-nın texniki bölmələri, yerli icra hakimiyyəti və digər aidiyyəti orqanlarla əlaqələndirilərək həyata keçiriləcəkdir.

Dizayn işləri və ölçüləri UNİCEF və ANAMA-nın mütəxəssisləri  ilə razılaşdırılmalıdır. Müsabiqə tövsiyə xarakteri daşıyır və müəyyən olunmuş qalib şirkət layihəni icra etmək və əməkdaşlıq üçün sifarişçiyə (UNİCEF-ə) tövsiyə olunacaqdir.

Maraqlı təşkilatlar (+994 55) 2710509 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Təkliflər 2021-ci il 18 fevral saat 17:00-dək Bakı şəhəri, İbrahimpaşa Dadaşov 260 ünvanında yerləşən ANAMA-nın Planlaşdırma və İnkişaf şöbəsinə təqdim olunmalıdır.

Zərflərin açılışı 2021-ci il 19 fevral tarixində saat 11:00-da yuxarıda göstərilən ünvanda həyata keçiriləcəkdir.

 

Müsabiqə komissiyası