BMT-nin Layihə Xidmətləri Ofisi nümayəndələri ilə ANAMA-da görüş

       Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi İdarə Heyəti sədrinin müavini Samir Poladov BMT-nin Layihə Xidmətləri Ofisinin Gürcüstandakı ölkə nümayəndəsi və Cənubi Qafqaz üzrə əlaqələndiricisi Jean-Guy Lavoie və subregional ofisinin proqram rəhbəri Gurel Gurka ilə görüş keçirib.

          Görüş zamanı Samir Poladov ölkəmizin üzləşdiyi mina problemi, minaların insanların həyatına və ətraf mühitə törətdiyi təhdidlər, habelə onların aradan qaldırılması istiqamətində həyata keçirilən genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatları barədə qonaqlara məlumat verib.

Görüşdə BMT-nin Layihə Xidmətləri Ofisinin ölkəmizdə icra edilən humanitar minatəmizləmə fəaliyyətinə mümkün töhfəsi və Agentliklə gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.