Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi

2021-ci il 30 Yanvar - 1 Fevral tarixlərində Agentlik tərəfindən Cəbhəboyu ərazilərdə keçirilmiş təcili təxirəsalınmaz əməliyyatlar barədə məlumat

2021-ci il 30 Yanvar - 01 Fevral tarixlərində Agentliyə Ağcabədi, Füzuli, Goranboy, Tərtər, Xocavənd rayonları, Gəncə və Şuşa şəhərləri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 13 (on üç) müraciət daxil olmuşdur.

  

Daxil olmuş 13 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 15 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilmişdir. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 199 ədəd partlamamış hərbi sursat (PHS), 3 ədəd piyada əleyhinə mina, 1 ədəd tank əleyhinə mina,  2 782 ədəd müxtəlif çaplı patronlar, 8 ədəd detonator və 9 ədəd partlamış mərmi qalıqları aşkar olunmuşdur.

 

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 14 483 931 kv.m (1 448 ha) ərazi yoxlanılmış, 119 km-dən çox yol mina və partlamamış hərbi sursatlardan təmizlənilmiş, 296 tikili yoxlanılmışdır.

  

Agentliyin partlayış qrupu tərəfindən 231 ədəd partlamamış hərbi sursat (PHS) və 421 ədəd mina zərərsizləşdirilmiş, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 97 398 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılmışdır.