Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti və Agentliyin struktur bölmələri rəhbərləri 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti və Agentliyin struktur bölmələri rəhbərləri 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edərək, ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş Azərbaycanın qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.