Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar ANAMA-nın İdarə Heyəti və struktur bölmələrinin rəhbərləri Fəxri xiyabanı ziyarət edib.

Dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyəti və struktur bölmələrinin rəhbərləri Fəxri xiyabanı ziyarət edib.
Müstəqil dövlətimizin memarı və qurucusu, görkəmli dövlət xadimi, şərəfli ömrünü Azərbaycanın hərtərəfli inkişafına və millətimizin parlaq gələcəyinə həsr edən Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.