İş elanı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi işğaldan azad olunmuş ərazilərdə  Qubadlı və Zəngilan mobil bazalarında aşpaz, qabyuyan, xadimə, avtoçilingər, avtoelektrik, elektrik-texniki təmir işləri üzrə mütəxəssis,  gözətçi, fəhlə, bağban vəzifələrində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edir.

Maraqlananlar əlaqə telefonu göstərməklə aşağıda göstərilən sənədləri career@anama.gov.az ünvanına göndərməlidir.

  • müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;
  • şəxsiyyət vəsiqəsinin surəti;
  • təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.);
  • əmək kitabçasının surəti (olduğu halda).

 

Sənəd qəbulu cari ilin 30 dekabr tarixinədək həyata keçiriləcək.

Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.


Əlavə məlumat üçün “805” qaynar xəttinə müraciət edilə bilər.