Çili Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili ilə görüş keçirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Çili Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Ciankarlo Alberti ilə görüş keçirib.

Tanışlıq məqsədi daşıyan görüşdə ölkəmizdəki mövcud mina problemi, onun miqyası, insanların həyatına yaratdığı təhlükə, eləcə də bərpa və yenidənqurma işlərinə törətdiyi maneələr barədə qonağa məlumat verilib.

Görüşdə, həmçinin mina təhlükəsi ilə mübarizə sahəsində təcrübə mübadiləsinə və əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.