Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

Slovakia Səfirinin ANAMA BQ-na səfəri

16 oktyabr 2020-ci il tarixində Slovakiyanın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri cənab Milan Lajciak və Missiya rəhbərinin müavini cənab Elçin Qasımov ANAMA Baş Qərargahına rəsmi səfər etmişdirlər.

Görüş zamanı ANAMA direktoru cənab Qəzənfər Əhmədov nümayəndələrə Agentliyin fəaliyyət göstərdiyi bütün aspektləri, milli mina təmizləmə strategiyasının əsas meyarları, donor ölkələrlə əməkdaşlığı, uzun və qısa müddətli strategiyası, eləcə də mövcud hərbi vəziyyətdə Agentliyin təcili və təxirəsalınmaz əməliyyat çıxışları haqda geniş məlumat vermişdir.

Səfərin əsas məqsədi ANAMA-nın fəaliyyəti ilə yaxından tanışlıq, Agentliyə humanitar və texniki dəstək göstərilməsi sahəsindəki gələcək əməkdaşlığın mümkün yollarını nəzərdən keçirmək olmuşdur.