ANAMA yanında İctimai şuraya üzvlər müəyyən edilib

2023-cü il 26 avqust tarixində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuraya üzvlərin seçilməsi ilə bağlı təkrar səsvermə keçirilib.

Təkrar səsvermə zamanı qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış 5 namizəd İctimai Şuranın üzvü seçilib.

Keçirilən hər iki səsvermənin nəticələrinə əsasən ANAMA yanında İctimai Şuranın 7 nəfərdən ibarət tərkibi müəyyən edilib.

Namizədliyi irəli sürülmüş şəxslərin hər biri minatəmizləmə, minadanzərəçəkənlərə yardım, tədqiqat və maarifləndirmə, minadanzərəçəkənlərin hüquqlarının qorunması, mina qurbanlarının sosial reabilitasiyası sahəsində müvafiq təcrübəyə malikdirlər.


          ANAMA yanında İctimai Şuraya üzv seçilmiş namizədlər

 

1. Cəfərov Nadir Həbib oğlu - “Çıraq” Humanitar və İnkişaf İctimai Birliyinin Direktoru

2. Əzimzadə Hafiz Səlim oğlu - “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin üzvü

3. Həsənov Emil Möhtəbər oğlu - “İnkişafa və islahatlara dəstək” İctimai Birliyinin İdarə Heyətinin üzvü

4. Qasımov Rey Kərim oğlu - “Azərbaycan Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri

5. Mərcanlı Musa Fehruz oğlu - İRS-Heritage jurnalının baş redaktoru

6. Mirzəyev Umud Rəhim oğlu - Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti

7. Səfixanov Hafiz Mərkəz oğlu - “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri