İsveç Krallığının ölkəmizdəki səfiri ilə görüş keçirilib.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov İsveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Tobias Lorentzson ilə görüş keçirib.

          Cənab Samir Poladov, işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz bərpa və yenidənqurma işləri, dayanıqlı məskunlaşma məqsədilə aparılan genişmiqyaslı minatəmizləmə əməliyyatlarının gedişatı barədə qarşı tərəfə məlumat verib.

          Görüş əsnasında Azərbaycanda icra edilən humanitar minatəmizləmə fəaliyyətində İsveç Krallığı ilə mümkün əməkdaşlıq imkanlarına dair qarşılıqlı fikir mübadiləsi aparılıb.