İş Elanı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi işğaldan azad olunmuş ərazilərdə baytar vəzifəsində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edir.

Namizədlər ali və ya orta ixtisas baytar təhsilli olmalı, müvafiq sahədə 1 ilə qədər iş stajı olmalıdır.

Çalışdığı müddət ərzində işçinin səmərəli fəaliyyətinə görə mükafatların verilməsi nəzərdə tutulmuşdur.


Maraqlananlar əlaqə telefonu göstərməklə aşağıdakı sənədləri career@anama.gov.az ünvanına göndərməlidir.

· müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;

· şəxsiyyət vəsiqəsinin surəti;

· təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.);

· əmək kitabçasının surəti.


Sənəd qəbulu cari ilin 31 avqust tarixinədək həyata keçiriləcək.


Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.


Əlavə məlumat üçün “805” qaynar xəttinə müraciət edilə bilər.