Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi

İŞƏ QƏBUL ÜZRƏ MÜRACİƏT

1. Hal-hazırda  minaaxtaran vəzifəsinə 35 yaşına qədər yığım başlamışdır.

İlk mərhələdə lazım olacaq sənədlər:  

1. Agentliyin blankı doldurulmalı. (blank forması endir)
2. Tərcümeyi hal (əl yazması)
3. Şəxsiyyət vəsiqəsinin surəti (A4 vərəqdə alt-üst hər iki üzü)
4. Hərbi biletin surəti (Yazılı olan səhifələr)
5. Diplomlar, Attestasiya və ya sertifikatlar
6. Foto - 4 ədəd 3x4 və 4 ədəd 4x6 
7. DİN-Məhkumluq haqqında arayış

Xahiş edirik, yuxarıda qeyd olunmuş sənədləri Agentliyin blankı ilə birgə skan edilmiş variantda job.anama.gov@gmail.com ünvanına göndərəsiniz.

Əlaqə üçün telefon nömrəsi: (012) 561 95 42

 

2. Həkimlərin işə qəbulu ilə bağlı Elan

İşğaldan azad olunmuş ərazilərdə təmizləmə əməliyyatlarının miqyasının genişləndiyini nəzərə alaraq, təhlükəsizliyin təmin olunması və baş verə biləcək bədbəxt hadisələrin qarşısının vaxtında alınması üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) yenidən formalaşdırılacaq regional idarələrin (Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd (Ağoğlan), Ağdam, Şuşa, Tərtər, Kəlbəcər, Laçın) tərkibində fəaliyyət göstərəcək həkimlər aşağıdakı vəzifələr üzrə işə dəvət olunurlar:

- həkim-terapevt
- təcili yardım üzrə həkim
- həkim-anestezioloq-reanimatoloq
- həkim-travmatoloq-ortoped
- həkim-ümumi cərrah

Tələb olunan sənədlər:
1.Ərizə
2.Şəxsiyyət vəsiqəsi
3.Təhsil haqqında diplom
4.İnternatura vəsiqəsi
5.Sertifikasiya şəhadətnaməsi
6.Əmək kitabçası

Əlavə məlumat üçün əlaqə telefonu: (012) 561-95-42