AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİK English  ENG Azeri   AZE

Mine Victim Assistance

Minadan zərərçəkənlərə yardım (MZY) üzrə fəaliyyət də inzibati təlimata uyğun həyata keçirilmək və informasiya təminatı məqsədi ilə İnformasiya Şöbəsinə tapşırılmışdır. 2004-cü ildə ANAMA “Minadan Zərərçəkənlərin Ehtiyaclarının Öyrənilməsi”  layihəsini həyata keçirmişdir. Minadan zərərçəkənlərin ehtiyaclarına dair bütün informasiya məlumat bazasına daxil edilmiş və müxtəlif layihələrdə istifadə edilir. Minadan zərərçəkənlərin fəaliyyət planı ANAMA-nın İnformasiya Şöbəsi tərəfindən qiymətləndirilir.

ANAMA Azərbaycanda Minadan Zərərçəkənlərə Yardım proqramı çərçivəsində bir sıra layihələr həyata keçirmişdir. ANAMA-nın Minadan Zərərçəkənlərə Yardım proqramlarından biri “Azərbaycanda Minalardan Zərərçəkənlər üçün İcma Əsaslı Kiçik Biznes Təlimi və Mikro Kredit  İnkişaf Fondu” adlı layihə olub. Bu layihə çərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən olan Minadan zərərçəkənlər öz bizneslərini qurmaq və inkişaf etdirmək üçün 0%-lik kredit almışlar. Minadan zərərçəkənlərin ailələrindən olan qadınlar üçün xalça toxuması da uğurlu layihələrdən biri olub. ANAMA-nın digər bir layihəsi, minadan zərər çəkənlər üçün kompüter proqramlarınının tədrisinə yönələn Çıraq QHT ilə əməkdaşlıqda həyata keçirilir. ANAMA-nın Minadan zərərçəkənlərə yardım uğurlu proqramlarından biri “Minadan zərərçəkənlərin sanatoriyada müalicəsi” layihəsi olub. Bu müalicəyə Azərbaycanın müxtəlif bölgələrindən olan Mina Qurbanları daxil edilmişdir.