AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİK English  ENG Azeri   AZE

Information Management System for Mine Action (IMSMA)

İMSMA aşağıdakıları təmin edir:

  • Təkmilləşdirilmiş qərar qəbul etmə imkanı;
  • Mina Təhlükəsilə Mübarizəyə Dair informasiya siyasəti;
  • İşlərin gedişatı barədə daha yaxşı məlumatlandırma;
  • Məlumatların toplanması və tətbiqi;
  • Məlumatların standart formatı;
  • Əla istifadə etmə;
  • Obyekt və proseslərə status və dəqiq tapşırıq verilməsi aləti;
  • Zərərçəkənlərlə əlaqədar məlumatın toplanması;
  • Mina Təhlükəsi üzrə Maarifləndirmə fəaliyyətinin planlaşdırılması və məlumatlandırma;
  • Coğrafi İnformasiya Sisemində (CİS) təhlil funksiyası.

İMSMA humanitar minatəmizləmə sahəsinə aid olan qərarların verilməsi, əlaqələndirilməsi və informasiya siyasəti sayəsində bacarıqlı təkmilləşdirən və Mina Aksiyası Mərkəzi (MAC) səviyyəsində istifadə olunmaq üçün Humanitar Minatəmizləmə üzrə Cenecrə Beynəlxalq Mərkəzi (GICHD) tərəfindən proqram əsaslı məlumatların idarəedilməsi üçün yaradılmış sistemdir. İMSMA Agentliyin fəaliyyətinə dair SƏP-ə uyğun olaraq toplanmış dəqiq  məlumatı əks etdirməklə yanaşı, minatəmizləmə sahəsinin idarə edilməsinə dair digər informasiya ehtiyaclarını da ödəmək iqtidarındadır. İMSMA CİS funksiyası vasitəsilə müvafiq informasiyanı xəritələr üzərində əks etdirir. Yeni məlumatlar müxtəlif təmizləmə metodlarının (əl ilə təmizləmə, minaların  minaaxtaran itlərin köməkliyi ilə axtarılması və mexaniki minatəmizləmə maşınlarının dəstəyi, PHS-in təmizlənməsi) yardımını nəzərə almağa partlayıcı vasitələrin yerində və ya partladılma ərazisində zərərsizləşdirilməsini yaxından izləməyə imkan verir.

Texniki tədqiqat, təmizləmə və əməliyyatın başa çatması haqqında məlumatların cari əməliyyatların bütün xüsusiyyətlərini tam şəkildə əks etdirməsi üçün təkmilləşdirilmişdir. Təhlükəli ərazi barədə məlumatdan “Tək Sursat Hesabatı”nın hazırlanmasında istifadə edilmişdir.

Toplanmış məlumatın keyfiyyəti hər hesabat dövründə idarəçilik nəzarəti şəbəkəsi çərçivəsində aparılan müntəzəm və sistemli yoxlamalar əsasında təmin edilir. Bu işin icra edilməməsinin əsas səbəblərini aradan qaldırmağa, informasiya proseslərinin ANAMA-nın tələblərini nə dərəcədə təmin etməsi sualını cavablandırmağa, faktlarla ölçülən və onlar üzərində qurulan informasiyanın keyfiyyətinin təminatı sistemi çərçivəsində işçi heyyətin ixtisas və təlim ehtiyaclarını təhlil etməyə imkan verir.