AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİK English  ENG Azeri   AZE

IMSMA GIS Functionality

İMSMA-nın CİS funksiyası İMSMA dizaynerləri tərəfindən ArcView versiyasının məhz minatəmizləmə sahəsi üçün nəzərdə tutulmuş funksiyasıdır. ArcView ESRİ (Redlands, Kaliforniya) tərəfindən hazırlanmış məşhur CİS fərdi komputer proqramıdır. O, mina aksiyasına dair informasiyanın xəritə və şəkil üzərində (vector və raster məlumatı) əyani formada görünməsinə və təhlil edilməsinə imkan verir. Bu, məkana (yerə) aid olan məlumatın alınması üçün güclü vasitə olub, bütün dünyada planlaşdırma agentlikləri, universitetlər, şirkətlər və dəqiq coğrafi məlumat əldə etmək istəyən hər bir şəxs tərəfindən istifadə edilir

Planlaşdırmanın, idarəçiliyin və əməliyyat işlərinin müxtəlif səviyyəsində müxtəlif məlumatlar (miqyas, ərazinin xüsusiyyətləri və s.) lazım olur və bu xəritələrin olması ilə şərtləndirilir. Ümumiləşdirilmiş məlumatların xüsusi hallarında xəritələr daha çox illüstrasiya rolunu oynayır. Əməliyyat mərhələsində hazırlanmış və istifadə edilən sxemlərlə yanaşı, ANAMA CİS-ində əsasən 1990-cı illərdən bəri hazırlanmış olan 1:50000 və 1:25000 miqyaslı Azərbaycan topoqrafik xəritələrindən istifadə edilir. Bu xəritələr rəqəmsal və coğrafi bağlanmış formada istifadə olunur. Həmçinin bəzi kosmik (1m dəqiqlikdə) və aero (24sm qədər dəqiqlikdə) ortofoto şəkillər etmək mümkun olur.

Aero-kosmik şəkillər etibarlı və ən yeni xəritə kimi istifadə edilə bilər. Coğrafi baxımdan təhlükəli ərazilərin aero-kosmik şəkillər dəstəyə yeri düzgün müəyyənləşdirməyə tam imkan verir və beləliklə də, dəstə tərəfindən hər hansı bir əlavə xəritənin hazırlanmasına ehtiyac qalmır. Aero-kosmik şəklin yüksək dəqiqliyi mina sahəsində GPS (Qlobal Mövqetəyinetmə Sistemi) tətbiq edilməsinin tam uyğunluğunu təmin edir.

Beləliklə, yüksək keyfiyyəti ilə fərqlənən aero-kosmik şəkildən istifadə edərək, biz xəritələşdirilməmiş xüsusiyyətləri müəyyənləşdirə və müxtəlif dövrlər ərzində məkan müxtəlifliyini öyrənə bilərik. Çox yüksək keyfiyyətli aero-kosmik şəkil landşaftı izah etməyə, istənilən xüsusiyyəti (kəndi, evi, yolu və s.) müəyyənləşdirməyə, şübhəli mina sahəsinin şəklini çəkməyə və ərazilərin hesablanmasına imkan yaradır.