Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

MINA TƏHLÜKƏSILƏ MÜBARIZƏ ÜZRƏ İNFORMASIYANIN İDARƏ EDILMƏSI SISTEMI (İMSMA) VƏ COĞRAFI İNFORMASIYA SISTEMI (GİS)

Ümumi Tədqiqat666
Təsirin Tədqiqatı643
Təkrar Tədqiqat399
Təkrar Tədqiqatda Şübhəli Təhlükəli Ərazi395
Təhlükəli Ərazi3589
Texniki Tədqiqat573
Mina sahəsi1450
Mina sahəsinin perimetri21347
Mina sahəsinin cari hesabatı5543
Təmizləmə445
Təmizləmə perimetri6052
Təmizləmə cari hesabatı3148
Tamamlama1702
Bədbəxt hadisə2543
Mina/PHS zərərçəkən2947
Personal987
İMSMA-ANAMA qeydiyyatına əsasən
(dekabr 2019)

İMSMA aşağıdakıları təmin edir:

- Təkmilləşdirilmiş qərar qəbul etmə imkanı;
- Mina Təhlükəsilə Mübarizəyə Dair informasiya siyasəti;
- İşlərin gedişatı barədə daha yaxşı məlumatlandırma;
- Məlumatların toplanması və tətbiqi;
- Məlumatların standart formatı;
- Əla istifadə etmə;
- Obyekt və proseslərə status və dəqiq tapşırıq verilməsi aləti;
- Zərərçəkənlərlə əlaqədar məlumatın toplanması;
- Mina Təhlükəsi üzrə Maarifləndirmə fəaliyyətinin planlaşdırılması və məlumatlandırma;
- Coğrafi İnformasiya Sisemində (CİS) təhlil funksiyası.

İMSMA humanitar minatəmizləmə sahəsinə aid olan qərarların verilməsi, əlaqələndirilməsi vəinformasiya siyasəti sayəsində bacarıqlı təkmilləşdirən və Minatəmizləmə Mərkəzi (MAC) səviyyəsində istifadə olunmaq üçün humanitar Minatəmizləmə üzrə Cenecrə Beynəlxalq Mərkəzi tərəfindən proqram əsaslı məlumatların idarəedilməsi üçün yaradılmış sistemdir.İMSMA Agetliyin fəaliyyətinə dair SƏP-ə uyğun olaraq toplanmış dəqiq  məlumatı əks etdirməklə yanaşı, minatəmizləmə sahəsinin idarə edilməsinə dair digər informasiya ehtiyaclarını da ödəmək iqtidarındadır. İMSMA CİS funksiyası vasitəsilə müvafiq informasiyanı xəritələt üzərində əks etdirir. Yeni məlumatlar müxtəlif təmizləmə metodlarının (əl ilə təmizləmə, minaların itlərin köməkliyi ilə axtarılması və mexaniki minatəmizləmə maşınlarının dəstəyi, PHS-in təmizlənməsi) yardımını nəzərə almağa partlayıcı vasitələrin yerində və ya partladılma ərazisində zərərsizləşdirilməsini yaxından izləməyə imkan verir. Texniki tədqiqat, təmizləmə və əməliyyatın başa çatması haqqında məlumatların cari əməliyyatların bütün xüsusiyyətlərini tam şəkildə əks etdirməsi üçün təkmilləşdirilmişdir. Təhlükəli ərazi barədə məlumatdan “PHS Hesabatı”nın hazırlanmasında istifadə edilmişdir.

Toplanmış məlumatın keyfiyyəti hər hesabat dövründə idarəçilik nəzarəti şəbəkəsi çərçivəsində aparılan müntəzəm və sistemli yoxlamalar əsasında təmin edilir. Bu işin icra edilməməsinin əsas səbəblərini aradan qaldırmağa, informasiya proseslərinin ANAMA-nın tələblərini nə dərəcədə təmin etməsi sualını cavablandırmağa, faktlarla ölçülən və onlar üzərində qurulan informasiyanın keyfiyyətinin təminatı sistemi çərçivəsində işçi heyətin ixtisas və təlim ehtiyaclarını təhlil etməyə imkan verir.