Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

Minadan zərərçəkənlərə yardım (MZY) üzrə fəaliyyət də inzibati təlimata uyğun həyata keçirilmək və informasiya təminatı məqsədi ilə İnformasiya Şöbəsinə tapşırılmışdır. 2004-cü ildə ANAMA “Minadan Zərərçəkənlərin Ehtiyaclarının Öyrənilməsi”  layihəsini həyata keçirmişdir. Minadan zərərçəkənlərin ehtiyaclarına dair bütün informasiya məlumat bazasına daxil edilmiş və müxtəlif layihələrdə istifadə edilir. Minadan zərərçəkənlərin fəaliyyət planı ANAMA-nın İnformasiya Şöbəsi tərəfindən qiymətləndirilir.

ANAMA Azərbaycanda Minadan Zərərçəkənlərə Yardım proqramı çərçivəsində 1 sıra layihələr həyata keçirmişdir. ANAMA-nın Minadan Zərərçəkənlərə Yardım proqramın əsas məqsədlərindər biri cəmiyyətdə mina qurbanlarının tam inteqrasiyasını təmin etməkdir.ANAMA-nın Minadan Zərərçəkənlərə Yardım proqramlarından biri olan “Minadan Zərərçəkənlərin sanatoriyada müalicəsi” layihəsidir. Bu layədən 2006-ci ildən uğurlu nəticələrin olmasını nəzərə alaraq  və milli potensialı guclədirilməsi strateqiyası ilə yerli QHT olan “Çıraq” 2018-ci ildə də tərəfdaş seçilmişdir. ANAMA-nın QHT Çıraq ilə olan digər uğurlu layihələrdən biri minadan zərəçəkənlərin 3 ay ərzində kompyuter proqramının tədrisidir.