Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

CİS mina aksiyasına dair informasiyanın (vector məlumatı) xəritə üzərində və şəkil halında (rast məlumatı) əyani şəkildə görünməsinə və təhlil edilməsinə imkan verir. Bu, məkana (yerə) aid olan məlumatın alınması üçün güclü vasitə olub, bütün dünyada planlaşdırma agentlikləri, universitetlər, şirkətlər və dəqiq coğrafi məlumat əldə etmək istəyən hər bir şəxs tərəfindən istifadə edilir

Planlaşdırmanın, idarəçiliyin və əməliyyat işlərinin müxtəlif səviyyəsində (mərhələsində) müxtəlif məlumatlar (miqyas, ərazinin xüsusiyyətləri və s.) lazım olur və bu xəritələrinolması iləşərtləndirilir. Ümumiləşdirilmiş məlumatların xüsusi hallarında xəritələr daha çox illüstrasiya rolunu oynayır. Əməliyyat mərhələsində hazırlanmış və istifadə edilən sxemlərlə yanaşı, ANAMA CİS-ində əsasən 1990-cı illərdən bəri hazırlanmış olan 1:50000 və 1:25000 miqyaslı Azərbaycan topoqrafik xəritələrindən istifadə edilir. Bu xəritələr rəqəmsal və coğrafi arayış formasında istifadə olunur. Həmçinin bəzi kosmik (1m dəqiqlikdə) və anten (24sm qədər dəqiqlikdə) ortofoto çəkilişlər etmək mümkun olur.

Aerokosmik təsvirlər etibarlı və ən yeni xəritə kimi istifadə edilə bilər. Coğrafi baxımdan təhlükəli ərazilərin aerokosmik təsviri dəstəyə yeri düzgün müəyyənləşdirməyə tam imkan verir və beləliklə də, dəstə tərəfindən hər hansı bir əlavə xəritənin hazırlanmasına ehtiyac qalmır. Aerokosmik çəkilişin yüksək dəqiqliyi mina sahəsində CİS-in tətbiq edilməsinin tam uyğunluğunu təmin edir. Həmçinin yüksək keyfiyyəti ilə fərqlənən aerokosmik təsvirdən istifadə edərək, biz xəritələşdirilməmiş xüsusiyyətləri müəyyənləşdirə və müxtəlif dövrlər ərzində məkan müxtəlifliyini öyrənə bilərik.

DGPS-in yüksək dəqiqliyi (5 sm-ə qədər) sahə ölçmələri zamanı dəqiq məlumatların toplanmasına və düzgün xəritə hazırlamağa imkan verir.