AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİK English  ENG Azeri   AZE

MƏLUMATIN İDARƏ OLUNMASI

İnformasiya şöbəsinin əsas vəzifəsi ANAMA-nın informasiya ehtiyaclarını təmin etməkdir. Buraya, Mina Aksiyası daxilində hesabatları hazırlamaq və qərar qəbul etmək məqsədilə  yerinə yetirilən minatəmizləmə fəaliyyətinə dair məlumatın İnformasiyanın İdarə edilməsi Sistemi (İMSMA) vasitəsilə vaxtında və keyfiyyətlə təmin edilməsi daxildir. Coğrafi İnformasiya Sistemi (CİS) mina probleminin coğrafi məkanının və aidiyyatı olan mina təhlükəsilə mübarizə üzrə işlərin təhlil edilməsinə kömək edir.

Mina/PHS-lərin, Müharibənin Partlayıcı Qalıqlarının, tərkibində partlayıcı olan qurğuların təhlükəsi və onlara aid ərazilər, mina hadisələri və qurbanları, mina/PHS-in sosial iqtisadi təsiri, minatəmizləmə və PHS-in zərərsizləşdirilməsi əməliyyatları haqqında məlumatlar/rəqəmlər toplanılmaqdadır. Şöbə tərəfindən əldə edilən emal edilməmiş rəqəm və məlumatların keyfiyyətli informasiya təminatına çevrilməsi məqsədilə prosedurlar hazırlanır və təkmilləşdirilir.

Həmçinin baş qərargah və sahə işçiləri üçün İnformasiyanın İdarə edilməsi, İMSMA və CİS üzə təlimlər İnformasiya Şöbəsi tərəfindən həyata keçirir.