Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

Məlumatın idarə olunması

İnformasiya şöbəsinin əsas vəzifəsi ANAMA-nın informasiya ehtiyaclarını təmin etməkdir. Buraya qərar qəbul etmək və hesabatları hazırlamaq üçün yerinə yetirilən minatəmizləmə fəaliyyətinə dair məlumatın Mina Təhlükəsilə Mübarizə üzrə İnformasiyanın İdarə edilməsi Sistemi (İMSMA) vasitəsilə vaxtında və keyfiyyətlə təmin edilməsi daxildir. Coğrafi İnformasiya Sistemi (CİS) proqramı mina probleminin coğrafi məkanının və aidiyyatı olan mina təhlükəsilə mübarizə üzrə işlərin təhlil edilməsinə kömək edir.

Mina/PHS təhlükəsi və mexanizmləri olan ərazilər, mina hadisələri və qurbanları, mina/PHS-in sosial iqtisadi təsiri, minatəmizləmə və PHS-in zərərsizləşdirilməsi əməliyyatları haqqında məlumatlar/rəqəmlər toplanılmaqdadır.Şöbə əldə edilən emal edilməmiş rəqəm və məlumatların keyfiyyət təminatı üçün prosedurlar hazirlayir və təkmilləşdirir.

Şöbə həmçinin baş qərargah və sahə işçiləri üçün İnformasiya İdarəetmə, İMSMA və CİS üzə təlimləri həyata keçirir.