“Azərbaycan Republikasının Minatəmizləmə Agentliyi” Publik Hüquqi Şəxsi AÇIQ TENDERƏ DƏVƏT EDİR

Xüsusi təyinatlı texnikalar və qoşqular üçün təkərlərin satın alınması.


“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 50-1.1-ci maddəsinə əsasən açıq tender üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən müsabiqədə yalnız mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.


Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.


İştirak haqqının ödənilməsi yalnız “ASAN ödəniş” vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək istəyənlər müsabiqəyə daxil olduqdan sonra “Asan ödəniş et” düyməsini sıxaraq aidiyyatı keçid vasitəsilə lot üzrə iştirak haqqını ödəyərək Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Portal vasitəsilə əldə edə bilərlər. İştirak haqqı heç bir halda geri qaytarılmır.


Malgöndərənlərlə vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsi aparan vəzifəli şəxs: Rüstəm İsgəndərov, Tel.: (055) 455 43 62.



İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:


1.   İddiaçının nizamnaməsi (notarial qaydada təsdiq edilmiş surəti təqdim edilməlidir);

2.   İddiaçının dövlət qeydiyyatı haqqında şəhadətnamə (VÖEN) (notarial qaydada təsdiq edilmiş surəti təqdim edilməlidir);

3.   Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı (notarial qaydada təsdiq edilmiş surəti təqdim edilməlidir);

4.   İddiaçının rekvizitləri (iddiaçının bankı tərəfindən və ya rəsmi blankında təsdiq olunmuş qaydada təqdim edilməlidir);

5.   İddiaçının tender təklifi (təklif zərflər açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

6.   İddiaçının tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

7.   İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (sənəd müvafiq vergi orqanı tərəfindən təsdiq olunmuş qaydada və ya elektron formada alındıqda notarial qaydada təsdiq olunmuş qaydada təqdim edilməlidir);

8.   İddiaçının sahibkarlıq subyektinin bölgüsü barədə arayış (Dövlət Statistika Komitəsindən alınmalıdır. Arayışın əslinin skan edilmiş surəti təqdim edilməlidir.);

9.   İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (Arayışın əslinin skan edilmiş surəti təqdim olunmalıdır. Tender elan olunduğu tarixdən sonrakı tarixə alınmış arayış təqdim edilməlidir.);

10.  İddiaçının satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsi (anoloji işlərdə yerinə yetirdiyi müqavilələr barədə məlumat), texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığının olması barədə təsdiqedici sənədlər (sənədlərin əslinin skan edilmiş surətləri təqdim edilməlidir);

11.  İddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması barədə təsdiqedici sənəd (sənədin əslinin skan edilmiş surəti təqdim edilməlidir);

12.  İddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış (Arayış müvafiq vergi orqanı tərəfindən təsdiq olunmuş qaydada və ya elektron formada alındıqda notarial qaydada təsdiq olunmuş qaydada təqdim edilməlidir. Tender elan olunduğu tarixdən sonrakı tarixə alınmış arayış təqdim edilməlidir.);

13.  İddiaçının öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə müvafiq vergi orqanından arayış (Arayış müvafiq vergi orqanı tərəfindən təsdiq olunmuş qaydada və ya elektron formada alındıqda notarial qaydada təsdiq olunmuş qaydada təqdim edilməlidir. Tender elan olunduğu tarixdən sonrakı tarixə alınmış arayış təqdim edilməlidir.);

14.  İddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət Mərkəzlərindən alınmış məhkumluq ilə bağlı arayış (tender elan edildiyi tarixdən sonrakı tarixə alınmış arayış təqdim edilməlidir).


Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla, tələb olunan digər sənədləri 21.07.2023-cü il saat 12:00-ə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 31.07.2023-cü il saat 18:00-ə qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 01.08.2023-cü il saat 12:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.



Qeyd: Tenderdə iştirak, tender təkliflərinin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.