BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi ilə ANAMA-da görüş keçirilib

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov BMT-nin Qaçqınlar üzrə Ali Komissarının (QAK) Azərbaycanda yeni təyin olunmuş nümayəndəsi xanım Bik Lum ilə görüşüb.

İşğaldan azad edilmiş ərazilərdə icra edilən təmizləmə layihələri, mina təhlükəsi ilə mübarizə istiqamətində aparılan maarifləndirmə tədbirləri, eləcə də bu sahədə nəzərdə tutulan gələcək planlar barədə nümayəndəyə məlumat verilib.

Görüş zamanı, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarında dayanıqlı və təhlükəsiz məskunlaşmasının təmin edilməsi məqsədilə “Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə” tədbirləri çərçivəsində ANAMA ilə gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən humanitar minatəmizləmə fəaliyyətinin prioritet istiqamətləri üzrə dəstək göstərmək niyyətində olduğu bildirilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.