Vacancy

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi işğaldan azad olunmuş ərazilərdə paramedik vəzifəsində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edir. Namizədlər ali və ya orta ixtisas tibb təhsilli olmalı, müvafiq sahədə 1 ilə qədər iş stajı olmalıdır.

Çalışdığı müddət ərzində işçinin səmərəli fəaliyyətinə görə mükafatların verilməsi nəzərdə tutulmuşdur.

Maraqlananlar aşağıda göstərilən sənədləri career@anama.gov.az ünvanına göndərməlidir.

  • müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;
  • şəxsiyyət vəsiqəsinin surəti;
  • təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.);
  • əmək kitabçasının surəti.

 

Sənəd qəbulu cari ilin 30 iyun tarixinədək həyata keçiriləcək.

Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.