Vacancy

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi işğaldan azad olunmuş ərazilərdə mexanik (ali təhsilli olmalı), qaynaqçı, avtoelektrik, vulkanizator vəzifələrində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edir.

Çalışdığı müddət ərzində işçinin səmərəli fəaliyyətinə görə mükafatların verilməsi nəzərdə tutulmuşdur.

Maraqlananlar aşağıda göstərilən sənədləri career@anama.gov.az ünvanına göndərməlidir.

  • müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;
  • şəxsiyyət vəsiqəsinin surəti;
  • təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.);
  • əmək kitabçasının surəti (olduğu halda).

Sənəd qəbulu cari ilin 15 iyun tarixinədək həyata keçiriləcək.

Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.