Azerbaijan National Agency for Mine Action

ABŞ Dövlət Departamenti nümayəndəsinin ANAMA-ya səfəri

Cari ilin 18-22 may tarixlərində, ABŞ Dövlət Departamentinin Silahların Ləğvi ofisinin (PMWRA) Qafqaz üzrə Layihə rəhbəri cənab Edmund Trimakas ANAMA rəsmi səfər etmişdir. Səfər çərçivəsində cənab Edmund Trimakas, ANAMA tərəfindən aparılan təmizləmə əməliyyatları ilə tanış olmaq məqsədilə Ceyrançöl ərazisində olmuşdur.19 may 2014-cü il tarixdə, ABŞ Dövlət Departamentinin nümayəndəsi ANAMA BQ-da ANAMA Əməliyyatlar üzrə meneceri cənab Samir Poladov ilə görüşdə iştirak etmişdir. Görüş zamanı cənab Poladov tərəfindən Agentliyin fəaliyyəti, həyata keçirmiş layihələr və gələcək planlar, eləcə də milli mina təmizləmə strategiyasının əsas meyarları haqda geniş məlumat verilmişdir.