Azerbaijan National Agency for Mine Action

ANAMA TKT üzrə Baş Mütəxəssisi cənab Fikrət Əliyev «Hərbi sursatların təhlükəsiz məhv olunmasının idarə olunması» kursunda iştirak etdi

15 - 19 Sentyabr 2014-cü il tarixdə ANAMA TKT üzrə Baş Mütəxəssisi cənab Fikrət Əliyev «Hərbi sursatların təhlükəsiz məhv olunmasının idarə olunması» Sülh Naminə Tərəfdaşlıq İş Proqramı Çərçivəsində Cenevrə Beynəlxalq Humanitar Mina Aksiyası Mərkəzi tərəfindən təşkil olunmuş təlimdə iştirak etmişdir. Təlimin başlıca məqsədi zabitlərə, Müdafiə və Xarici işlər Nazirliklərinin mülki heyyəti, həmçinin sülhməramlı əməliyyatlar keçirən və ya oxşar missiyalarda çalışacaq kadrlara Hərbi sursatların təhlükəsizliyinin idarə olunması yollarını təqdim etmək idi.