Azerbaijan National Agency for Mine Action

ANAMA “Mina aksiyalarında idarəetmənin və keyfiyyətin əsasları” təlimində iştirak etdi

27-31 oktyabr 2014 -cü il tarixdə, ANAMA-nın Əməliyyatlar üzrə Baş Mütəxəssisi cənab Adil Aslanov və Planlaşdırma üzrə Baş Mütəxəssisi cənab Əhməd Manafov Cenevrə Beynəlxalq Humanitar Mina Mərkəzi və İsveçrə Fedrasiyası Müdafiyyə Departamenti tərəfindən təşkil olunmuş "Mina Aksiyalarında İdarəetmənin  və Keyfiyyətin  Əsasları" təlimində iştirak etmişlər.Təlimə dünyanın 18 ölkəsindən 21 nümayəndə qatılmışdır. Təlimin əsas məqsədi Humanitar Minatəmizləmə əməliyyatlarında keyfiyyətin və idarəetmənin müasir tələblərə uyğun işin təşkil olunması və səmərəli nəticələrin alınmasından ibarət idi.