Azerbaijan National Agency for Mine Action

ABŞ Dövlət Departamentinin nümayəndələri ANAMA-nın Baş Qərargahına və Göygöl Regional Treyning Mərkəzinə səfər etdi

20 noyabr 2014-cü il tarixdə Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin və ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri ANAMA-ya səfər etmişlər. Səfərin başlıca məqsədi Ceyrançöl Layihəsinin icra olunması prosesi ilə yerindəcə tanış olmaq və ANAMA-nın ehtiyaclarını öyrənmək olmuşdur. İlk görüş ANAMA baş qərərgahda keçirilmişdir. İki tərəfli görüşdə  Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentindən xanım Kaitlyn Coffey, ABŞ-ın Azərbaycandakı səfirliyindən cənab Mayor Jason Lang, cənab Yaniv Barzilai, cənab Lorry Schnek  və ANAMA tərəfindən isə  Departament rəhbərləri iştirak etmişlər.



Görüş zamanı geniş fikir mübadiləsi aparılmış, Layihənin icrası barədə məlumat verilmişdir.



Səfərin 2-ci mərhələsi çərçivəsində qonaqlar Göygöl regional Təlim bazasına və layihənin icra olunduğu Ağstafa rayonu Ceyrançöl ərazisinə səfər etmişlər. 20-21.11.2014-cü il tarixlərdə Agentliyin Göygöl bazasına gəlmiş qonaqlara prezentasiya​ verilərək Agentliyin ümumi fəaliyyəti haqqında geniş ​məlumatlar çatdırılmış, onlar üçün avadanlıq sərgisi təşkil olunmuş, baza şəraiti və itlərin seleksiya məntəqəsi göstərilmişdir.



ANAMA-nın fəaliyyəti zamanı əldə edilən nailiyyətlər, icra olunmuş və olunan mühüm layihələr, yerli və beynəlxalq səviyyəli təlimlər qonaqlar tərəfindən çox böyük maraqla qarşılanmışdır.



Səfər müddətində Ağstafa ray. Saloğlu bazası və Ceyrançöl ərazisinə birgə səfər edilmiş və Regional Əməliyyat Meneceri Mədəd Məmmədov tərəfindən baza və sahə şəraitlərində qonaqlar üçün ətraflı brifinqlər verilərək müxtəlif texniki suallar cavablandırılmışdır.