Azerbaijan National Agency for Mine Action

Amerikanın Marşal Leqasi İnstitutu ANAMA-ya 9 baş MAİ hədiyyə etdi

Amerika Dövlət Departamentinin dəstəyi ilə Amerikanın Marshal Leqasi İnstitutu (MLİ) ilə Agentlik arasındakı əməkdaşlıq çərçivəsində MLİ Azərbaycanda aparılan minatəmizləmə proqramına minaaxtaran itlərin (MAİ) hədiyyə edilməsi ilə dəstək verməkdədir. 2005-ci ildən bu günədək MLİ 29 baş minaaxtaran iti ANAMA-ya pay vermışdır. Cari ilin 07-17 mart tarixlətində əlavə 9 baş MAİ-nin ANAMA-ya ianə olunması barədə razılığa əsasən Agentliyin mütəxəssisləri TKT üzrə baş mütəxəssis Fikrət Əliyev və Minaaxtaran İtlər Qrupunun rəhbəri Ramazan Heydərov Əfqanistan İslam respublikasına səfər etmişdir. Onlar Kabul şəhərində yerləşən Mina İt Mərkəzində (Mine Dog Centre (MDC)) olmuş, ANAMA–ya ianə edilən 9 baş itin Azərbaycana gətirilməsi üçün lazımı tədbirləri görmüşlər. 14 mart 2015-ci il tarixdə itlər olkəmizə gətirilmişdir. Hazirda MAI-lər ANAMA-nın Fizuli rayonunda yerləşən MAİ-lərin təlim mərkəzində saxlanılır  və ANAMA-nin MAI qrupu onlara qulluq göstərir.