Azerbaijan National Agency for Mine Action

İraq Respublikasının rəsmi nümayəndələrinin ANAMA-ya səfəri

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi İraq Respubliksaının Azərbaycandakı səfirliyindən alınan məktubu nəzərə alaraq ANAMA-ya İraq Ətraf Mühit Nazirliyinin Minalarla iş İdarəsinin nümayəndə heyətinin (aşagida qeyd olunur) səfəri ilə əlaqədar müraciət etmişdir.



- Cənab Ahmed Ali Mahmood-Salami - Baş mühəndis,

- Cənab Saad S.Abdulkader Al-Bayati - Direkto müavini,

- Cənab Valeed Fadil Kareem - Araştırmaçı,

- Cənab Bahnam Aysoya Polus Mikho - Baş texniki direktor, - Cənab Hasan Jasim Javad al-Ardavee - Baş təftiş katibliyi.



02 Aprel 2015 tarixdə nümayəndə heyəti ANAMA-nın Füzuli rayonunda yerləşən Horadiz bazasına səfər etmiş, aparılan əməliyyatlar barədə məlumat almış, mexaniki vasitələr və Minaaxtaran İtlər üzrə şəraitlə tanış olmuşdur.



03 Aprel 2015 tarixdə müsafirlər ANAMA-nın Göygöl Regional Təlim Bazasında minaaxtarma avadanlıqları və tədris imkanları ilə tanış olmuş, təqdimatda (presentasiyada) iştirak edmiş və Agentliyin TTKT Qurumu tərəfindən təşkil olunmuş müzakirələrdə iştirak etmişlər.



04 Aprel 2015 tarixdə İraq nümayəndə heyəti ANAMA BQ-na səfər etmiş, Agentliyin Direktor Müavini cənab Qəzənfər Əhmədov və onun heyətinin iştirakı ilə görüş keçirilmiş. Görüşdə Cənab Q.Əhmədov nümayəndə heyətini salamlamış və MTM, əməliyyatlar və təlim imkanları mövzusunda müzakirələr aparılmışdır. Eyni zamanda ANAMA ilə İraq Respublikası Mina İşləri İdarəsi arasında əməkdaşlıq sahələrinə dair danışıqlar aparılmışdır. Gələcəkdə ANAMA tərəfindən İraqın Mina İşləri üzrə heyətinə təlimlərin keçirilə biləcəyi ehtimal olunur.



Hal-hazı​rda İraq hökuməti İraq ərazilərinin kirlənmiş hissələrinidə uzun müddətli və geniş miqyaslı minatəmizləmə və döyüş sursatlarının məhv edilməsi əməliyyatlarını ehtiyacın olacağını guman edir.