Azerbaijan National Agency for Mine Action

ABŞ Avropa Komandanlığı nümayəndələrinin ANAMA-ya səfəri

5-7 Aprel 2016-cı il tarixlərində ABŞ Avropa Komandanlığı Quru Qoşunlar Komandanlığının Minalara qarşı fəaliyyət sahəsində Humanitar Proqramın nümayəndə heyəti ANAMA-da səfərdədir.



5 Aprel tarixində nümayəndə heyəti ANAMA baş qərargahında Agentliyin Direktoru cənab Qəzənfər Əhmədov və Şöbə Menecerləri ilə görüş keçirmişdir. ANAMA Əməliyyat Meneceri Samir Poladov tərəfindən Agentliyin fəaliyyətini əks etdirən prezentasiya təqdim edilmişdir. Səfərin başlıca məqsədi Minalara qarşı fəaliyyət sahəsində Humanitar Proqramın cari məramını nəzərdən keçirmək və gələcəkdə ANAMA ilə dəstək və əməkdaşlıq əlaqələri üçün imkanların öyrənilməsindən ibarətdir.



6 Aprel tarixində ABŞ Avropa Komandanlığı nümayəndələri ANAMA-nın Göygöl Regional Təlim Mərkəzinə səfər etmişlər. Agentliyin Göygöl bazasına gəlmiş qonaqlara prezentasiya​ verilərək Agentliyin ümumi fəaliyyəti haqqında geniş ​məlumatlar çatdırılmış, onlar üçün avadanlıq sərgisi təşkil olunmuş, baza şəraiti və itlərin seleksiya məntəqəsi göstərilmişdir.



6 Aprel tarixində günün ikinci yarısında nümayəndə heyəti Ağstafa Regional Bazasına və Ceyrançöl ərazisinə səfər etmiş və Regional Əməliyyat Meneceri Mədəd Məmmədov tərəfindən baza və sahə şəraitlərində qonaqlar üçün ətraflı brifinqlər verilmişdir.



7 Aprel 2016-cı il tarixdə səfər nəticəsində əldə edilmiş təəssüratları bölüşmək məqsədilə ANAMA baş qərargahında görüş keçiriləcək.