Azerbaijan National Agency for Mine Action

İsveçrə səfirinin ANAMA Regional Bazasına səfəri

4-5 oktyabr 2016-cı il tarixlərində İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri cənab Philipp Stalder, eləcə də səfirliyin daha 2 əməkdaşı ANAMA-nın Göygöl Regional Təlim Bazasına səfər etmişdir. Səfər çərçivəsində ANAMA-nın Təlim, Tədqiqat və Keyfiyyətə Təminat Qurumu (TTKT) tərəfindən Agentliyin fəaliyyəti, nailiyyətləri, imkanları və İsveçrənin oxşar fəaliyyətlə məşğul olan beynəlxalq təşkilatları ilə əməkdaşlıq barədə məlumatlar verilmişdir. Öz növbəsində TTKT Qurumu tərəfindən cənab səfir və əməkdaşları üçün Avadanlıq sərgisi təşkil olunmuş və prezentasiya təqdim edilmişdir. Qonaqlar həmçinin baza şəraiti ilə də tanış olmuşdurlar.