Mine Action Agency of the Republic of Azerbaijan

ANAMA-nın yeni loqotipinin dizaynı üzrə müsabiqənin vaxtı 2021-ci il 31 mart tarixinədək uzadıldı

Müsabiqədə bu günədək istifadə olunmayan və mövcud loqoların elementlərini təkrarlamayan, eləcə də Agentliyin fəaliyyətini, strategiya və missiyasına dair elementləri özündə əks etdirən, sadə və müasir dizaynda, eyni zamanda rəngli və konseptual görünüşlü loqotiplərin təqdim edilməsi məqsədəuyğun hesab edilir.

Hər birinizi Agentliyin yeni loqo müsabiqəsində aktiv iştirak etməyə çağırırıq!

Yeni loqotipin dizaynı üzrə seçilən qalib Agentliyin sertifikatı və hədiyyə ilə təltif olunacaqdır.

Layihə təkliflərini 2021-ci ilin 31 mart tarixinədək sabina.sarkarova@anama.gov.az elektron poçt ünvanına və ya ANAMA-nın Baş Qərargahına (Bakı şəhəri, İbrahimpaşa Dadaşov küçəsi 260, 5-ci mərtəbə) təqdim edə bilərsiniz.

Əlaqələndirici şəxs: Səbinə Sərkərova

Tel: (012) 497-38-51

ANAMA-nın mətbuat xidməti