Ağdamda mina hadisəsi baş verib

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2024-cü il 7 aprel tarixində Ağdam rayonunun Novruzlu kənd ərazisində mina hadisəsi baş verib.


Minalardan təmizlənməmiş ərazidə ekskavator piyada əleyhinə minaya düşüb. Ekskavator zədələnib, xəsarət yoxdur.


Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.


AR DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!