Xocavənd rayonunda baş verən sursat partlayışı hadisəsi ilə bağlı məlumat

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2024-cü il 10 fevral tarixində Xocavənd rayonunun Çartaz kəndi ərazisində hərbi sursatın partlayışı hadisəsi baş verib.

Arıçılıq təsərrüfatı ilə məşğul olan 1996-cı il təvvəllüdlü Ələsgərov Samir Füzuli oğlu arı yeşiklərini yığarkən yerdən tapdığı əl qumbarasının partladıcısına müdaxilə zamanı baş verən partlayış nəticəsində sağ əlindən xəsarət alıb. Zərərçəkən şəxsin sağ əlinin 3 barmağı amputasiya olunub.

ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, tanımadıqları əşyalara toxunmamağa, təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır!