Tərtər rayonunda baş verən mina hadisəsi ilə bağlı məlumat
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2024-cü il 4 fevral tarixində Tərtər rayonunun Qızıloba kəndi ərazisində mina hadisəsi baş verib.
Keçmiş təmas xətti ərazisində baş verən mina hadisəsi zamanı Tərtər rayon Qaradağlı kənd sakini 2001-ci il təvvəllüdlü Əlizadə Həsənəli Şahin oğlu zərərçəkib.
ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, mina xəbərdaredici nişanlara və təhlükə bildirən göstəricilərə diqqət etməyə, xüsusilə keçmiş təmas xətti boyu ərazilərin minalarla ciddi şəkildə çirkləndiyini nəzərə alaraq, bələd olmadıqları ərazilərə daxil olmamağa və tələb olunan qaydalara riayət etməyə çağırır!